Federasiya prezidentinə sui-qəsd olundu

Albaniyada Albaniya Futbol Federasiyasının prezidenti Armand Dyukun həyatına qəsd edilib. 
Fanat.Az ABC nəşrinə istinadən xəbər verir ki, dünən Durres şəhərində 4-cü mikrorayonda trotilin partlaması qeydə alınıb.
Naməlum şəxs Armand Dyukun evinin yaxınlığındakı darvazaya bomba yerləşdirib və o, məmur evdə olmayan zaman partlayıb. Hadisədən sonra dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədənin şəxsiyyətini müəyyənləşdirməyə başlayıblar.