Feysbukdan növbəti dəfə ermənipərəst addım
Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) rəhbəri Fatih Özonurun açıqlamasına görə feysbuk sosial şəbəkəsi ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fonduna (TASFO) məhdudiyyətlər tətbiq edib.
Fatif Özonur bildirib ki, o həm Türkiyə , həm də ABŞ vətəndaşdır və . pozulmuş haqlarını bərpa etmək üçün bunu edənləri məhkəməyə verəcək.
Fatih Özonur sözügedən sosial şəbəkədə erməni terrorizmi və Ermənistan-Azərbaycan münaqişəsi (Dağlıq Qarabağ) ilə bağlı apardığı fəaliyyətlərdən dolayı şikayətlərə məruz qaldığını bildirib:
“1982-ci ildə Los-Ancelesdəki diplomatımız Kamal Arıkanı qətlə yetirən erməni terrorçusu Ampiq Sasunyanı sərbəst buraxan Kaliforniya qubernatoru Qevin Nyusomu özünün sosial şəbəkədəki səhifəsində tənqid etdim, imzatoplama kampaniyası keçirdim.
Eləcə də qondarma erməni soyqırımının tanıdılmasında fəal rol oynayan konqresmen Adam Şiffə həmin sosial şəbəkədə akademik və arxivlərə istinad edən cavablar ünvanladım. Qarabağ məsələsində qərəzli mövqe tutduğunu da onun diqqətinə çatdırım. Təsəvvür edin ki, bütün bu səbəblərdən 12 illik “Fatih Özonur” səhifəm Feysbuk tərəfindən bağlanıldı.
Nəticədə 12 ildir Qərb, xüsusən də ABŞ arxivlərinə istinadən “erməni soyqırımı” ilə bağlı apardığım araşdırmalarım, erməni terrorçuları tərəfindən qətlə yetirilən diplomatlarımızla bağlı fəaliyyətlərim bir anda bloklandı. Erməni terror təşkilatlarının ANCA və ARF kimi erməni diaspor təşkilatları tərəfindən maliyyələşdirildiyini gündəmdə saxlayırdım. Bu gün də erməni diasporunda yüksək mövqe tutan Vigen Ovsepyan kimi terrorçuların hələ də ARF-də yer aldığını deşifrə etdim. Təəssüf ki, bu yöndəki araşdırmalarımın üstündən də xətt çəkirlər. Həmin araşdırmalarda ABŞ-ın PKK/YPG kimi terror təşkilatları ilə əlaqələrindən də bəhs olunur. İndi həmin səhifəm dondurulduğu üçün bütün bu fəaliyyətlərim yox olub gedəcək.
ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın məsləhətçisi, vəkil Bryus Feynlə bu haqda danışmışam. Mənə bildirdi ki, söz azadlığım pozulub, bunu hüquqi yolla həll etməliyəm. Böyük ehtimalla Feysbuku məhkəməyə verəcəyəm”.