Firdovsiyyə Əhmədova: “Arxiv materialları əsasında ərazimiz mütləq tam bərpa olunmalıdır”

Tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova bildirib ki, Azərbaycanın Ermənistanla sərhədlərinin dəqiqləşdirilməsi üçün xəritələrin mənbəyi olan arxiv materialları, sənədlər var. Xəritələr elə-belə cızılmır. 

Tarixçi alim Qars müqaviləsini xatırladaraq qeyd edib ki, Qars müqaviləsinin şərtlərinə əsasən Azərbaycanın dövlət sərhədləri bəllidir.

Bildirək ki, 1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsidir.

Erməni tərəfi müqavilənin ləğvinə dəfələrlə cəhd etmişdilərsə də, bütün cəhtləri uğursuz olmuşdur.

Müqavilə 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minmiş və bitmə müddəti müəyyənləşdirilməmişdir.