Florida ştatının Hallandeyl-Biç şəhərində Azərbaycan Günü elan edilib
ABŞ-ın Florida ştatının Hallandeyl-Biç şəhərinin meri Coy Kuper 2021-ci il mayın 28-nin Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.
Coy Kuper bəyannaməni Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim edib. Özünü Azərbaycanın dostu adlandıran C.Kuper Hallandenl-Biç şəhərinin Azərbaycan icmasınada ev sahibliyi etməsindən qürur hissi keçirdiyini deyib.