“Forsaj-9 “- un Azərbaycan çəkilişləri

“Baku Media Center” “Universal Pictures” studiyasının ən böyük və gəlirli layihəsi olan “Forsaj 9” filminin Azərbaycanda lentə alınan səhnəsinin fotosunu paylaşıb.

“The Fast and the Furious” saqasından olan, çəkilişləri Los-Anceles, Edinburq, Tailand, London və Tiflisdə baş tutan “Forsaj 9” filminin bir səhnəsi də Azərbaycanda lentə alınıb.

Həmin hissənin lentə alınmasını məşhur “Universal Pictures” studiyası ilə birgə Bakı Media Mərkəzi həyata keçirib. Vin Dizel, Mişel Rodrigez, Cordana Bruster, Tayres Gibson, Con Sena, Helen Mirren və Şarliz Teron kimi ulduzların rol aldığı “Forsaj” (The Fast and the Furious) hazırda səkkiz tammetrajlı və iki qısametrajlı filmdən ibarətdir. Bu filmlər 2001-2019-ci illərdə istehsal olunub. Bu filmlərin ümumi kassa gəliri 5,1 milyard dolları keçib.

Filmdəki səhnənin Bakıda baş tutan çəkilişlərindən kadr arxası fotoları təqdim edirik: