Fransa vətəndaşlarından Azərbaycanla bağlı Makrona sərt təpki – Əvvəlcə öz ölkənizdə etimad qazanmalısınız

      Fransanın “Le Figaro” qəzetinin oxucuları Prezident Emmanuel Makronun Azərbaycanla bağlı çağırışına etirazlarını yazıblar.

       Fransa vətəndaşları Makrona əvvəlcə öz ölkəsində etimad qazanmalı olduğunu xatırladıblar.

      “Beynəlxalq arenaya çıxmaq üçün əvvəlcə öz ölkənizdə etimad qazanmalısınız, əks halda bu, beynəlxalq ictimaiyyətdə gülüş doğura bilər”, – deyə istifadəçilərdən biri qeyd edib.

    “Fransa çox uzaqdadır. Makronun Rusiyadan Ermənistanı qorumasını istəməsi lazımdır”, – digər şərhçi vurğulayıb.

      “Əgər bir insan öz ölkəsinin sakinlərinin təhlükəsizliyini təmin edə bilmirsə, o, digər ölkələrin işlərinə qarışmamalıdır. Bu, həqiqətən də nalayiq, yersiz hala çevrilir”, – deyə oxucular bildiriblər.