General Rüstəm Muradovun sülhməramlılarla bağlı münəccimliyi

Ekspertlər Qarabağdakı ordunun keçmiş komandanının açıqlamasını məsuliyyətsizlik hesab edirlər

Rusiya sülhməramlı kontingentinin keçmiş komandiri general-leytenant Rüstəm Muradov Mahaçqalada keçirilən görüşdə TASS müxbirinə bildirib ki, Qarabağdakı sülhməramlı missiyanın müddətinin uzadılması barədə qərar qəbul ediləcək.

Muradov həmçinin qeyd edib ki, o, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyətini müsbət qiymətləndirir. Xankəndinə sığınmış separatçı qurumun “xarici işlər naziri” David Babayan da Rusiya sülhməramlılarının missiyasının uzadılacağına inanır. O da jurnalistlərlə görüşündə bildirib ki, Rusiya region üçün mənəvi məsuliyyət daşıyır: “Düşünürəm ki, Rusiya sülhməramlılarının missiyası uzadılacaq. Sadəcə olaraq, bunun alternativi yoxdur, çünki münaqişə hələ həll olunmayıb”.

Azərbaycanın nəzarətində olan Fərrux kəndi ilə bağlı məsələyə toxunan Babayan deyib ki, bu, “Rusiya sülhməramlılarının nüfuzuna vurulmuş zərbə oldu”. Babayan İrəvanı da şantaj edib: “Artsaxı itirsək, Ermənistan da olmayacaq. Bizim Azərbaycanda gələcəyimiz yoxdur. Biz indi de-fakto müstəqil ölkəyik”.

General Rüstəm Muradovda bu əminlik haradandır? Rusiya sülhməramlılarının mandatının uzadılıb-uzadılmamasına Bakı qərar verəcəksə, ermənilər niyə indidən qalması üçün yalvarırlar? Babayanın “biz olmasaq, Ermənistan da olmayacaq” şantajı nə deməkdir? Gəlib Ermənistanı dağıdacağıq, yoxsa…

Siyasi şərhçi Elçin Mirzəbəyli Muradovun başından yekə qələtə yol verdiyini qeyd etdi: “Ərazilərimizdəki Rusiya sülhməramlılarının missiyasının müddətinin uzadılması hüquqi baxımdan tamamilə Azərbaycanın səlahiyyətinə aid olan məsələdir. Nəinki Rüstəm Muradovun, heç onun Ali Baş Komandanının da missiyanın uzadılacağı barədə proqnoz vermək hüququ yoxdur. Hüquqi baxımdan, Muradovun açıqlaması məsuliyyətsizlik, siyasi aspektdən etik normaların pozulmasıdır. Sadə Azərbaycan dilində isə tərbiyəsizlik, ”başından böyük qələt etmək” deməkdir. Məsələnin digər tərəfi isə Muradovun hətta öz siyasi rəhbərliyinin də səlahiyyətlərini mənimsəməsidir. Sülhməramlıların missiyasının müddəti yalnız Azərbaycan və Rusiyanın siyasi rəhbərliyinin razılaşması əsasında baş verə bilər. Görünür, Rüstəm Muradov özünü Rusiyanın gələcək prezidenti gözündə görür və 3 il sonra müzakirə ediləcək bir məsələnin nəticəsi ilə bağlı indidən “dəqiq proqnoz” verməyə çalışır. Amma Muradov unudur ki, qarşıdakı bir neçə il ərzində çox şey dəyişəcək və artıq dəyişməkdədir. Mənim proqnozlarıma görə, sülhməramlıların missiyası 10 noyabr bəyanatında nəzərdə tutulan vaxtdan da tez bitə bilər. Proqnoz verməyə nə var ki?

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov: “Qarabağda qalan çox az sayda separatçının bütün imkanları tükənib. Ümumilikdə, Xankəndindən qaçan ermənilərin sayında ciddi artımlar müşahidə edilir. Həmçinin Qarabağ terrorçularının yerli əhali arasında hansısa nüfuzu da yoxdur. Miqrasiya axınları qarşısında heç nə edə bilmirlər. Nəticədə Araik Arutyunyan və David Babayan kimi terrorçuların Paşinyan hakimiyyətini şantaj meyarları genişlənir. Rüstəm Muradov hazırda proseslə bağlı hansısa açıqlama verməməlidir. Azərbaycan dövlətinin sülhməramlıların sonrakı taleyi ilə bağlı hələ ki mövqeyi yoxdur. Azərbaycan tərəfindən münasibət olmamış və hələ 5 ilin tamam olmağına vaxt var ikən Muradovun bu özbaşına açıqlamaları etik və peşəkar deyil. Güman etmək olar ki, 5 ilin tamamında hələ də Xankəndində separatçılar təmizlənməmiş olsun və ümumilikdə 5 il ərzində bütün işləri yekunlaşdırmaq da çətindir. Azərbaycan hazırda köçkünlərin öz yurdlarına qayıtmağı üçün böyük yenidənqurma işləri həyata keçirir. Hər bir halda Muradovun sülhməramlıların sonrakı fəaliyyəti barədə indiki fikirləri hadisələri qabaqlamaq cəhdləridir. Eyni zamanda Xankəndi quldurlarının tək ümid yeri Rusiya olduğu üçün yalvarışları da davamlı olacaq. Hətta Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması barədə pozitiv açıqlama verərkən separatçılardan təzyiq kimi istifadə edirlər. Hazırkı Ermənistan iqtidarı ilə separatçılar arasında əlaqələr də əvvələ baxanda daha kövrəkdir. Xankəndi Azərbaycan ərazisidir və orada da bütün hüquqlarımız bərpa olacaq”.