Gömrük ölkəyə avtomobil gətirənləri belə soyur – Səfər Mehdiyevin talan mexanizminin izahı

Son dövrlər idxal edilən mallar üzrə yüksək gömrük dəyərinin müəyyənləşdirilməsi ilə bağlı sahibkarlarda narazılıqlar artır. İddialara əsasən Gömrük Komitəsi hər il gömrük dəyərini yüksəldir. Bunun nəticəsində sahibkarlar idxal əməliyyatları ilə bağlı daha yüksək rüsum və vergi ödəməli olur. Bəs, Gömrük Komitəsi bu cür davranmasında məqsəd nədir? Qanunvericilik Komitəyə gömrük dəyərinin müəyyənləşdirilməsində müstəsna hüquq tanıyırmı? Gömrük dəyərinin artırılması ilə bağlı narazılıqlara münasibətini bildirən iqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, qanunvericilik dövlət orqanının bu şəkildə subyektiv davranmasına icazə vermir: