Gömrük xidmətinin daha bir GENERALI HƏBS EDİLDİ
Gömrük xidmətinin daha bir generalı həbs edilib.
Reallıq Tv. xəbər verir ki, gömrük xidmətinin əməliyyat və istintaq baş idarəsinin general-mayoru Rəsulov Məsum Eynalı oğlu keçirilən xüsusi əməliyyat nəticəsində həbs olunub.
Rəsulov Məsum Eynalı oğlu 1974-cü ilin iyun ayının 21-də anadan olub.
9 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb.
29.05.2018-ci il tarixindən Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində və Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.