“Göztəpə” “Qara qartallar”-in caynağından qurtula bilmədi – Türkiyə Super Liqası

   2020/2021 Türkiyə Super Liqasında “Beşiktaş” klubu tarixində 21-ci dəfə ölkə çempionu olub.

       “Qara qartallar” səfərdə “Göztəpə” üzərində 2:1 hesablı qələbə qazanıb.

       Bu qələbə sayəsində “Beşiktaş” xallarını 84-ə çatdırıb.

      “Qalatasaray” da öz meydanında “Yeni Malatyaspor”a 3:1 hesabı ilə qalib gəlib.            Lakin “Beşiktaş” top fərqində “Qalatasaray”dan öndə olduğu üçün birinci pillədə qalıb

        “Fənərbağça” isə səfərdə “Kayserispor”a son dəqiqə də vurduğu qolla qalib gələrək, üçüncü olub.