“Güləbird” kiçik su elektrik stansiyası istifadəyə verilib
Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Ammayevin açıqlamasına görə , Laçın rayonunun Güləbird kəndində “Güləbird” kiçik su elektrik stansiyası istifadəyə verilib.
Təbriz Ammayev bildirib ki, stansiyadakı təmir-bərpa işləri başa çatıb: “Erməni işğalçıları Kəlbəcər, Laçın və digər rayonlarda kiçik su elektrik stansiyalarını dağıdıb. Elektrik enerjisinə tələbdən asılı olaraq bu stansiyalar bərpa olunacaq və beynəlxalq ekoloji normalara uyğun olaraq istifadəyə veriləcək”.
T.Ammayev əlavə edib ki, Tərtər rayonunun azad edilmiş Suqovuşan kəndində yerləşən “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyaları da yaxın zamanlarda bərpa olunacaq və istifadəyə veriləcək.