Güney Azərbaycanda milli fəal – türk dili ( Azərbaycan türkcəsi) hüquqları fəalı fars molla rejimi tərəfindən yenidən həbs edilib

  Tehran həbsxanasında 2 illik həbs cəzasını çəkən güneyli siyasi məhbus – Güney Azərbaycanda türk dili ( Azərbaycan türkcəsi) hüquqları fəalı  Əlirza Fərşi  fars molla rejimi tərəfindən  yenidən həbs edib. 
       Bildirək ki,Tehran həbsxanasında 2 illik həbs cəzasını çəkən güneyli siyasi məhbus Əlirza Fərşi may ayının 8-də 500 milyon tümənlik girov müqabilində 3 gün müvəqqəti azadlığa buraxılmışdı.
        Əlirza Fərşi bu barədə öz Instagram hesabında üç günlük məzuniyyət müddətinin uzadılmadığını və həbsxanaya geri qayıtmaq məcburiyyətində olduğunu yazıb. O, müvəqqəti azadlığa çıxmasına səbəb olaraq sol gözündə görmə qabiliyyətinin azaldığı üçün əməliyyata ehtiyac duyulmasını göstərib. Fərşinin öz səhifəsində verdiyi məlumata görə, o, müalicə üçün müvəqqəti azadlığa buraxılıb. Ancaq həkimin diaqnozuna baxmayaraq, bu müalicə üçün verilən məzuniyyət müddəti uzadılmayıb. Fərşinin öz sosial media hesabından verdiyi məlumata görə, sol gözünün görmə qabiliyyəti azalıb və bu, kornea nəqli əməliyyatı tələb edən bir vəziyyətdədir.
     Həbs müddətində siyasi məhbus ona qarşı irəli sürülən başqa ittihamlar üzrə günahlandırılaraq 4 il və 2 ay həbs cəzasına məhkum edilib.
     Bildirək ki, Əlirza Fərşini rəhbərlik etdiyi Kəndimiz Vəqfi keçən illərdə Güney  Azərbaycanının müxtəlif bölgələrində kəndlərə türkcə ( Azərbaycan türkcəsi -red.)  kitablar hədiyyə edirdi. Onun həbs edilməsinin əsas səbəbi də doğma ana dili-Azərbaycan türkcəsi üğrunda apardığı mübarizəsidir.
      Fərşi həmin vəqfin fəaliyyətlərinin ona qarşı çıxarılan hökmdə dəlil hesab edildiyini bildirir.