Gürcüstanda gürcülər və svanlar azərbaycanlılara qarşı- Hadisələrdə Rusiya və Ermənistan izi varmı ?

  Hazırda Başkeçidin küçələrində etnik zəmində açıq qarşıdurma yaşanır. Gürcülər və svanlar azərbaycanlılara qarşı birləşib. 

Dəyənəklərlə silahlanan yüzlərlə svan və gürcü küçələrdə onlarla üz-üzə dayanan azərbaycanlılara daş atır. Hüquq-mühafizə orqanlarının isə vəziyyətə adekvat reaksiyası müşahidə olunmur.

Bildirək ki, dünən vaxti ilə Başkeçidə (Dmanisi) köçürülmüş svanların azərbaycanlı qadını döyməsi və digər soydaşlarımıza hücum etməsindən sonra rayonda vəziyyət pisləşmişdi.

 Düşünürük ki, Azərbaycan bu olaylarla bağlı Gürcüstana rəsmi nota verməli və işin kökünü dəqiqliklə araşdırmalıdır. Çünki, Ermənistan – Azərbaycan  ( dolayısı ilə Azərbaycan-Rusiya  ) arasında baş verən son olaylardan sonra Gürçüstanda  bu hadisələrin meydana gəlməsi  təsadüfə oxşamır. 

Tələsək ki, qazanan erməni və rus olmasın.