Gürcüstanda müxalifət partiyası yeddi aylıq boykotdan sonra parlamentə qatıldı

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası yeddi aylıq boykotdan sonra parlamentdə işə başlayır.

Realliq.TV bildirir ki, bunu partiyanın sədri Nika Meliya deyib.

“Biz hakim partiya ilə hər yerdə – parlamentin iclas zalında, komitələrdə, meydanlarda, küçələrdə, kəndlərdə, rayonlarda, dağlarda, düzənliklərdə mübarizə aparacağıq. Bidzina İvanişvili (hakim partiyanın təsisçisi – red.) hər yerdə müqavimət görəcək”, – Meliya bildirib.