Həbsdən azad olunan jurnalist Bəhruz Əliyevə yasaq qoyuldu. Narazılıq

Turantv.az saytının Wotssap nömrəsinə Neftçala rayon sakini Əliyev Bəhruz İmanqulu oğlu tərəfindən şikayət məktubu daxil olub. Sözügedən şikayət məktubunu olduğu kimi Sizə təqdim edirik:

“Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05.11.2018- cı il tarixli hökmü ilə məni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 , 311.3.4, 46.2 maddələri ilə təqsirli bilinərək, 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi -məsul vəzifə tutma,eləcədə jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 8il 6 ay müddətində azadlıqdan mərhum edilmişəm.Daha sonra Azərbaycan Respublikası prezidentinin 27 may 2022-ci il tarixli, 3282 saylı əfv sərəncamı əsasında əfv edilmişəm.Mənim azadlığa buraxılmağımla əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini icra edən, Vüsal Aslanov 31 may 2022-ci il tarixli 17/18/1540 saylı məktubla, Neftçala rayon Probasiya idarəsindən,Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05.11.2018- cı il tarixli hökmünün “2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi -məsul vəzifə tutma,eləcədə jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə “hissəsinin icrasına nəzarət etməsini xahiş etmişdir.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini icra edən, Vüsal Aslanovun 31 may 2022-ci il tarixli 17/18/1540 saylı məktubunu əlində əsas tutan Neftçala rayon Probasiya idarəsi mənim yeganə bacarıq sahəm olan , jurnalistika fəaliyyəti ilə məşğul olmağıma mane yaradır.Bir daha qeyd etmək istəyirəm ki,mən Azərbaycan Respublikası prezidentinin 27 may 2022-ci il tarixli, 3282 saylı əfv sərəncamı əsasında əfv edilmişəm.Hal hazırda özümün maddi ehtiyaclarımı ödəmək üçün, əmək fəaliyyəti ilə məşğul olmaq məcburiyyətindəyəm.Mən nia.az saytının redaktoru araştırmaçı jurnalist Bəhruz Əliyev keçmiş Socar rəhbəri Rövnəq Abdullayev və onun yaxın qohumu Anar Əliyevdən yazdığım tənqidi yazılara görə həbs edilmişdim.Dəfələrlə müxtəlif məmurlar vasitəsilə həbslə və ölümlə təhdid olunmuşam.

Həbsimdən əvvəl məni təhdid edənlər prezidentin keçmiş , ictimai siyasi məsələlər üzrə köməkçisi,Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, administrasiyasının məsul işçisi Vüqar Əliyev, həmçinin administrasiyasının digər məsul işçisi,KİVDF-nin sektor müdiri Cəmaləddin Quliyevdir.Cəmaləddin Quliyev 2017-ci ilin sentyabr ayında mənə zəng edərək, nia.az saytında Socar bağlı gedən yazılarımı iki saat ərzində silməyəcəyim halda, saytımın bloklanacağını,özümün də prokurorluğa çağırılacağımı bildirib.Bu fakt yutub kanalımda, səs yazılarında da öz əksini tapmışdır.

Adını çəkdiyim bu məmurların əmrini yerinə yetirmədiyimə görə,Əli Həsənov sifarişi ilə saytımın ölkə üzərindən yayımı oktyabr ayının ikisində bloklanmışdır.
Bütün bunlar baxmayaraq azad mətbuatı susdura bilməyəcəklərini onlara sübut etmək üçün nia24.info döneminə keçərək fəaliyyətimə davam etdim.2018 ci il mart ayında, Prezident adminstrasiyasının məsul şəxsi olan Vüqar Əliyev mənə zəng vuraraq,məni prezident administrasiyasına çağırdı.

2018-ci ilin mart ayında Vüqar Əliyevin dəvəti ilə Prezident Administrasiyasınına onunla görüşməyə getdim.Vuqar Əliyev mənə bildirdi ki,nia.az saytın blokdan çıxarılacaq,amma biz deyənləri eşitməsən,səni yaxşı aqibət gözləmir.
Bu görüşdən bir müddət sonra məni prokurorluğa dəvət etdilər,getdim və orada mənə bildirdilər ki,siz vəzifəli şəxslərə tətbiq olunan 311-ci maddə ilə həbs olunursunuz.

Bildirmək istəyirəm ki,mənim həbsim fəaliyyətim ilə bağlı olub.Bu gün mənə qoyulan jurnalistika fəaliyyəti ilə məşğul olmama yasağı,bunun sübutudur.

2018 ci il may ayının 30-u həbs olunandan sonra, düz 4 il mən siyasi məhbus həyatı yaşadım.Əli Həsənov məni dəmir barmaqlıqlar arxasına yolladıqdan sonra, digər jurnalist dostlara da bir növ ismarıc yolladı ki, əgər sonunuzun belə olmağını istəmirsinizsə,mən deyənləri edin.”

Həbsxanadan azad olunduğum zaman, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsindən mənə verilən buraxılış vərəqəsində, mənim prezident İlham Əliyev tərəfindən əfv edildiyimi göstərən sənəddə mənim 311.3.2,311.3.4, və ən əsası 46.2 ci maddə,2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi -məsul vəzifə tutma,eləcədə jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə əfv edildiyi göstərilir.