Həbsdən çıxan Manaf Ağayevdən İLK AÇIQLAMA: “Başladıq”

Xəbər verdiyimiz kimi, 15 sutkalıq həbs cəzası alan müğənni Manaf Ağayev iki gün əvvəl azadlığa çıxıb. 

“Reallıq Tv” xəbər verir ki, həbsdən çıxan müğənni sosial şəbəkədə ilk statusunu yazıb.

“Geridə qalan 15 gün ərzində mənə və ailəmə dəstək olan hər bir insana dərin təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin. Xalqımın sevgisini mənə çox görməsin. Xalqıma hər zaman belə toylar qismət olsun, bizdə gəlib iştirak edək. Allah xoşbəxt eləsin! Toyumuza başladıq”, deyə M.Ağayev paylaşım edib.

Xatırladaq ki, Manaf Ağayev işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz getdiyinə görə. 15 sutka həbs olunub.