Hədəflərimizə çatmaq üçün bütün səylərimizlə çalışırıq – Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May – Atatürkü Anma Günü ilə bağlı müraciətində bildirib ki, Türkiyə böyüdükcə, gücləndikdə və regional və qlobal liderliyə doğru irəlilədikcə gənclərimizə daha çox imkanlar təqdim edəcəyik.
“Bu gün əzəmətli qələbələrimizi taclandırmaq, bilik sivilizasiyamızdan və gücümüzdən əldə etdiyimiz enerji ilə ölkəmizi 2023-cü ilə və gələcək hədəflərinə çatdırmaq üçün bütün səylərimizlə çalışırıq”, – Ərdoğan qeyd edib.