Həkimlərdən SOS – Ölüm riskini 2 dəfə artırır

Amerikalı alimlər aşkar ediblər ki, ikinci dəfə koronavirusa yoluxanların həyatı və sağlamlığı üçün mənfi təsirlər birinci yoluxma zamanı ilə müqayisədə xeyli yüksəkdir.

Reallıq Tv. xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar ABŞ Veteranlarla İş Departamentinin məlumat bazasından 300 mindən çox insanın tibbi sənədlərini təhlil ediblər. Məlum olub ki, təkrar yoluxmuş hər min nəfərdən 24 nəfər ölüb, 200 nəfər isə ciddi mənfi təsirlərdən əziyyət çəkir. Bu rəqəmlər ilk dəfə xəstələnənlərlə müqayisədə iki dəfədən çoxdur. Həmçinin təkrar yoluxmuş insanlar bir dəfə xəstələnənlərə nisbətən demək olar ki, 3 dəfə çox xəstəxanaya yerləşdirilib.

Şiddətli təkrar infeksiyanın başqa bir səbəbi ilk xəstəlikdən sonra immunitet zəifləməsi ola bilər. Nəticədə zəifləmiş bədən ikinci dəfə qarşılaşdığı infeksiya ilə daha az effektiv mübarizə aparır.