HƏMAS-ın gizli tunel şəbəkəsi məhv edildi

 İsrail ordusunun mətbuat xidmətinin yaydığı məlumarta görə, İsrail ordusu HƏMAS-ın Qəzza sektorundakı tunel şəbəkəsini sıradan çıxardıb.

Məlumata görə, İsrail ordusu bu tunel şəbəkəsi arasında əlaqələrin dayandırılmasına 5 gün ərzində nail olub. Belə ki, aviazərbələr nəticəsində tunel şəbəkəsinin 100 kilometrlik hissəsini məhv edə bilib.

Ordu yaydığı bəyanatda HƏMAS-ın yaşayış binaları altında yerləşən bu tunellərdən İsrail ərazisinə keçmək və gizlənmək üçün istifadə etdiyini vurğulayıb.