Hər bir erməni anlamalıdır ki, Azərbaycanla yaxşı münasibət ən optimal variantdır

“Ermənilər barışıq istəmir, hətta “revanş” qışqıranlar da az deyil. Buna görə də regionda hərbi münaqişəni hər an gözləmək lazımdır. Çünki revanş istəyən etmənilər hər bir təxribata əl ata bilər”.

Bu sözləri  xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində ekspert, “Avrasiya ideyaları” elmi araşdırmalara dəstək Fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçuk bildirib.

“İndi Azərbaycanın müxtəlif sahələrdə vəziyyəti, doğrudan da, xeyli əlverişlidir və bəzi erməni müşahidəçiləri də bununla razılaşmağa məcburdur.

Bununla yanaşı, Azərbaycan yeni müharibənin qarşısını alacaq bir sıra əməli addımlar atmalıdır. Hər bir erməni anlamalıdır ki, Azərbaycanla yaxşı münasibət bu insanlar və onların ailələri üçün ən optimal variantdır. Bu tezis onların şüurlarına batmalıdır.

İstənilən halda, beş ildən sonra regionda fərqli mənzərə olacaq və bu, heç də hər üç tərəf üçün daha əlverişli hal olmayacaq”, – deyə Qriqori Trofimçuk qeyd edib.