Həsrət Cəfərov Avropa üçüncüsü oldu- Yunan-Roma güləşi

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.

Altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Realliq.TV Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Həsrət Cəfərov ilk mərhələdən rumıniyalı rəqibinə qalib gəlib. Gürcüstan pəhləvanını sonuncu xal prinsipinə əsasən sıradan çıxaran həmyerlimiz yarımfinalda Macarıstan idmançısına minimal fərqlə uduzub. Rəqib yarımfinaladək heç bir görüş keçirmədiyi üçün, yəni Fransa və Avstriya güləşçiləri xalça üzərinə çıxmadığı üçün Həsrət birbaşa Avropa üçüncüsü ünvanını qazanıb.