“Haber Qlobal” telekanalı “Bir əsrlik demokratiya” adlı sənədli film hazırlayıb

Türkiyənin “Haber Qlobal” telekanalı Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümü münasibəti ilə “Bir əsrlik demokratiya” adlı sənədli film hazırlayıb.

Realliq.TV bildirir ki, kadrlarda Respublikanın yarandığı gündən keçdiyi mübarizə yolundan, onun müstəqilliyi uğrunda tökülən qanlardan bəhs edilib.

“Himnində də deyildiyi kimi, onun üçün can verməyə hazır olanlar ölkəsi Azərbaycan! Bir ölkənin doğuşu bir körpənin doğuluşu kimidir: Sancılı, amma çox gözəl, çətin, amma qürur dolu”, – filmdə qeyd olunub.

Sənədli filmin tam versiyasını təqdim edirik: