Heydər Əliyev adına Beynəlxalq Hava Limanında araşdırma – heyvanlara qarşı qəddar davranışa görə
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı məlumat yayaraq bildirib ki, hava limanında heyvanlara qarşı qəddar davranışla bağlı videoyazının yayımlanması faktı üzrə xidməti araşdırmalara başlanılıb.
Bildirilir ki, araşdırmaların yekununda ictimaiyyətə məlumat veriləcək:
“Bakı Hava Limanı aerovağzal ərazisində heyvanlara qarşı qəddar davranışla bağlı sosial şəbəkələrdə videoyazının yayımlanması faktı üzrə xidməti araşdırma aparır.
Araşdırmanın nəticələrinə əsasən bu hadisədə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. İctimaiyyətə araşdırmanın yekunlarına dair əlavə məlumat veriləcək”.