Hulusi Akar :” Türkiyə ordusunun hədəfi Qəndildir “
“Pəncə-Şimşək” və “Pəncə-İldırım” əməliyyatları nəticəsində bu günə qədər 1056 terrorçu məhv edilib “.
Realliq.tv bildirir ki, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib.
General əlavə edib ki, terrorla mübarizə uğurla davam edir.
Hulusi Akar bildirib ki, terrorçuların Qəndil, Asos, Mahmur, Sincar daxil olmaqla bu ərazilərdən təmizlənməsi məsələsində İraq tərəfi ilə əməkdaşlıq genişləndirilib:
“Həm ölkəmizi, həm də iraqlı qardaşlarımızı terror bəlasından xilas etmək təməl məqsəddir”,- Hulusi Akar deyib.