“Hüzurunda göbək oynadan millətin, sərhədində düşmən at oynadar!” – Şah İsmayıl Xətayi

Bu gün Azərbaycan Səfəvilər dövlətinin yaradıcısı olan , hökmdar şair kimi tanınan Şah İsmayıl Xətayinin anım günüdür.  Babalarımızın bizə miras qoyduğu ən müqəddəs 3 əmanəti- dilimizi, qeyrətimizi və Vətənimizi qorumağı  nəsihət edən Şah İsmayıl Xətayi.

“Hüzurunda göbək oynadan millətin, sərhədində düşmən at oynadar!” , –  deyən Şah İsmayıl Xətayi.

Kimlərinsə gözündə xoş görünməyən, farsın bizdən qopartmaq istədiyi XƏTAYini XƏTAi kimi bizə sırıyaraq farsın “dəyirmanına su tökən”lərin ürəyində qabar olan Şah İsmayıl Xətayi. Əlləri hər yerdən üzüləndə ” süni-şiə qarşıdurması yaratdı” deyə yalanlar uyduran , amma qurduğu dövlətdin ən üst düzənində həm sünni, həm şiə alimlərinin öz yeri olan Şah İsmayıl Xətayi.

Bu yazıda Şah İsmayılın keçdiyi yaşam yolunu, hökmdarlıq və şairlik yaşamını geniş şəkildə deyil, kiçik bir hissəsin veririk.

Öncədən bir məsələni də bildirək ki, Şah İsmayılın  adının sonunda Xətai ( farscadan xəta, günah sözünə i şəkilçisi artırmaqla ) deyil, Xətayi ( Xətay , Hatay sözü ) getməlidir. Çünki, Xəta variantı farslardan gələn bir uydurmadır. Xətay isə Şah İsmayılın soykökünə bağlı bir  adıdır. Bu baxımdan Xəta- günah deil, Xətay ( Hatay) adını yadda saxlayaq.

Sözün Xətayi variantı orta məktəblərin ədəbiyyat dərsliyində də öz əksini düzgün formada saxlayıb.

“Hüzurunda göbək oynadan millətin, sərhədində düşmən at oynadar!”
I Şah İsmayıl Xətai

Şah İsmayıl Xətayi 1487-ci il iyulun 17-də nüfuzlu azərbaycanlı ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdur. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi. Şah İsmayılın iyirmi beşinci babası Əbülqasım Həmzənin, on beşinci babası Qızılbörk Firuzun qəbirləri Ərdəbil yaxınlığındakı Şeyx-Kəhrəlan kəndində indi də durur. Yerli əhali bu qəbirlərə ziyarətgah kimi baxır.

 – 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti – Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.

-İlk dəfə türk dilini ( Azərbaycan türkcəsi ) rəsmi dövlət dili elan edən dövlət başçısıdır. Bunun nəticəsidir ki, Azərbaycan dilində fars sözləri istifadə olunduğu kimi, fars dilində də türk sözləri öz yerini tapıb.

 – İlk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə şeiriyyata öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Mühəmməd Füzuli kimi dahi yetişdi.

– İlk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan idi. Onun vaxtında zorxanalar, yəni güləş məşq zalları açılmışdır və Azərbaycana xas bu idman növü geniş yayılmışdır.

 – Dahi strateq idi. Öz qoşunlarını qədim türk hərb taktikası olan Turan taktikasında – aypara şəklində düzərdi. Buna ” nalşəkilli mühsirə ” də deyilir. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malikdir. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi. Bu strategiyanı Həzi Aslanov da öz tankları ilə həyata keçirmiş və ona ruslar “Aslanovskaya podkova”, yəni “Aslanov nalı” adını vermişdilər. Bu taktikadan, eyni zamanda, 44 günlük Vətən müharibəmizdə Azərbaycan ordusu da uğurla istifadə etmişdi. 

– Bir fateh idi. Tarixi Azərbaycan torpaqlarını: Şimali Ağqoyunlu və Şirvanşahlar dövlətini (Albaniya), Cənubi Ağqoyunlu dövlətini (Atropatena) və Qaraqoyunlu dövlətini (Anadolu) birləşdirərək, Vahid Azərbaycan dövləti olan Səfəvilər dövlətinin banisidir. Şah İsmayıl döyüşdə hücum taktikasına üstünlük versə də, heç vaxt yürüş edib qonşu dövlətlərin ərazisini zəbt və qəsb etməyib. Onun hər bir yürüşünün ya kiminsə onun dövlətinə meydan oxuması, ya da bir məzlumun imdadı nəticəsində olub. Bu da fatehlərə xasdır.

 – Ağlasığılmaz cəsarətə malik bir bahadır idi. Başqa dövlət başçıları çadırlarından döyüşü izlərkən, hələ 14 yaşı tamam olmamış İsmayıl, qoşunun önündə hücuma keçirdi. Şirvana yürüş zamanı Kür çayı daşır, qoşunun yolunu sel alır. Qoşunda tərəddüd yayıldığını görən Şah İsmayıl atıyla birgə çaya atlayır. Onun dalınca digər sərkərdələr və qoşun də çayı yararaq qarşı sahilə keçir.

 – Döyüşlərdə yenilməyən sərkərdə idi.  Buna misal kimi Şah İsmayılın 7 minlik qoşunla Ağqoyunlu Əlvəndin 30 minlik qoşununa hücum edib qalib gəlməsini, 12 minlik qoşunla Ağqoyunlu Muradın 70 minlik qoşununa hücum edib qalib gəlməsini və digərləri göstərmək olar. İstisna yalnız Çaldıran döyüşü oldu. Sultan Səlimin 200 minlik qoşunu, 300 topuna qarşı Şah İsmayıl 20 minlik süvari ordu ilə çıxmışdı.