Məhkəmə-Hüquq Şurası ilə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Apellyasiya məhkəmələri sədrlərinin və bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. Aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin sədrləri təyin edilsinlər:

Əkbərov Mübariz Dosməmməd oğlu – Bakı Apellyasiya Məhkəməsinin sədri

Hüseynov Mirbahəddin Mirdamət oğlu – Gəncə Apellyasiya Məhkəməsinin sədri

Paşayev Tofiq Temir oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri

Quliyev Nuru Nadir oğlu – Şəki Apellyasiya Məhkəməsinin sədri

Abdullayev Vəli Əsgər oğlu – Şirvan Apellyasiya Məhkəməsinin sədri.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Rəşad Şəmşir oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin.

3. Rafail Əyyub oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin.

4. Tapdıq Şükür oğlu Mahmudov Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.