İdman – Sağlamlıq obyektlərinə yalız COVİD pasportu olanların getməsinə icazə veriləcək.

COVİD pasportu, yəni sertifikatlardan birinin olması ilə İdman – Sağlamlıq obyektlərinə girişə imkan veriləcək. İlkin olaraq bu pasportların tətbiqi yalnız idman sağlamlıq mərkəzi üçün tətbiq ediləcək.

Realliq.TV bildirir  ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib.

“Amma gələcəkdə COVİD pasportu olan şəxslərin digər müəssisələrə də çıxışına icazə veriləcək. Burda söhbət konsert, teatr, toylar və digər şənliklərdən gedir. Bu barədə əlavə məlumat veriləcək”, – o vurğulayıb.