İlham Əliyev Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yürüşdə iştirak edib

Dövlət başçısı həyat yoldaşı ilə birlikdə əllərində İkinci Qarabağ müharibəsinin portretləri ilə Bakıda keçirilən yürüşdə iştirak ediblər.

Əllərində Azərbaycanın 3 min şəhid hərbiçi və dinc sakininin portretləri olan yürüş iştirakçıları “Azneft” meydanından başlayaraq Dənizkənarı Bulvardan Qənimətlər Parkına qədər irəliləyiblər. Bu parkda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulub.