İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.

Reallıq Tv. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Prezident, həmçinin avqustun 5-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Layçakın etimadnaməsini də qəbul edib.