İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin toplantısı oldu

Bu gün İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin idarə heyətinin toplantısı keçirilib.

Bu barədə mətbuata  Birliyin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədli məlumat verib.

Yığıncaqda əsas diqqət İMZA İB-nin fəaliyyət planına uyğun olaraq nəzərdə tutulmuş layihələrin, müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsinə yönəldilib.

Cari məsələlərin qısa müddətdə həlli məqsədi ilə addımlar atılacağı, bu istiqamətdə əsas diqqətin beynəlxalq və yerli əhəmiyyətli tədbirlərə yönəldiləcəyi haqqında ətraflı məlumat verən İctimai Birliyin sədri Xəyyam Əsgərov bildirib ki, bütün bu tədbirlərin qayəsində dayanan əsas amal hər zaman vətəndaşın yanında olan dövlətimizə dəstək verməkdir.