İngiltərə kubokunun finalında “Tülkülər”-dən “Çelsi” -yə şok
Bu gün futbol üzrə İngiltərə kubokunun final görüşündə “Lester Siti” və “Çelsi” klubları üz-üzə gəlib.
“Lester Siti” Londondakı “Uembli” stadionunda 21 min tamaşaçının iştirakı ilə keçirilmiş final oyununda “Çelsi”yə minimal hesabla qalib gəlib – 1:0.
Oyunda yeganə qolu 63-cü dəqiqədə Yuri Tilemans vurub. “Çelsi”-nin oyunçusu Ben Çiluell görüşün sonlarında bərabərlik qolunu vursa da, VAR-a müraciət edildikdən sonra top hesaba alınmayıb.
Beləliklə, “Lester Siti” tarixində ilk dəfə İngiltərə kibokunun qalibi olub. “Tülkülər” kuboku əldə edən 44-cü komanda olub. Əvvəlki dörd finalda “Lester Siti” məğlubiyyətlə üzləşiblər.