İngiltərədə Premyer Liqa başa çatdı. Qalib kim oldu ?
İngiltərənin “Mançester Siti” futbol klubu 2020/21-ci illər mövsümünün Premyer Liqa çempionu olub.
Realliq.tv bildirir ki, “şəhərlilər” turnirin 36-cı turunda ən yaxın rəqibləri “Mançester Yunayted”in “Lester”ə öz meydanında 1:2 hesabıyla məğlub olmasından sonra çempionluqlarını rəsmiləşdirib. Belə ki, sona üç tur qalmış rəqiblər arasındakı xal fərqi 10-a yüksəlib.
Pep Qvardiolanın yetirmələri sayca beşinci dəfə bu titulu qazanıb. Bununla da, “Mançester Siti” çempionluq sayına görə “Çelsi” ilə bərabərləşib.