“İnklüziv teatr” layihəsinin üzvləri ilə məşqlər başlayıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında eşitmə və danışma məhdudiyyətli uşaq və gənclərin iştirakı ilə həyata keçirilən və UNESKO tərəfindən təsdiq edilən “İnklüziv teatr” layihəsinin üzvləri ilə məşqlərə start verilib.
Bu layihənin məşqlərinə simvolik olaraq işarət dili ilə səssiz alqışlarla başlanılıb.
Fiziki məhdudiyyətli bu şəxslərin səhnəyə hazırlanması işini tanınmış aktyor, xalq artisti Pərviz Məmmədrzayev, əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov həyata keçirəcək.