İrəvanda yenə ara qarışdı- etiraz aksiyaları
Ermənistan mediasının yaydığı məlumata görə , etirazçı kütlə hökumət binasının qarşısına axın edir.
Etirazçılar Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyandan anons etdiyi qalmaqallı sənədlə bağlı açıqlama verməsini tələb edilər.
Aksiyanın təşəbbüskarı “Mənim şərəfim var” blokudur. Etirazçıların artdığını nəzərə alan hökumət əraziyə çoxsaylı polis əməkdaşlarını yerləşdirib. Polislər binanı mühasirəyə alıblar.
Bildirək ki, Ermənistanın Vatikandakı keçmiş səfiri 19 mayda N.Paşinyanın Azərbaycanla yeni razılaşmaya imza atmağa hazırlaşdığını açıqlayıb. İddia edib ki, Ermənistan Qazax rayonun kəndlərini, həmçinin Kərki kəndini Azərbaycana qaytarmağa hazırlaşır. Bundan sonra Ermənistandakı revanşistlər etirazlara başlayıblar.