“İran İraqdan çıx!” deyib İranın İraqdakı konsulluğunun binası yandırdılar
İraqda keçirilən etiraz aksiyası zamanı etirazçılar İraqın Kərbəla şəhərində yerləşən İran konsulluğunun binasını yandırıblar. Etirazçılar “İran İraqdan çıx!” şüarını da səsləndiriblər.
“TRT Haber”-ə istinadən verilən məlumata görə etirazlara səbəb İraqın Kərbəla şəhərində korrpusiya etiraz edən, bir sıra sosial tələblər irəli sürürən ictimai fəal İhab əl Vazninin yaşadığı evin yaxınlığında qətlə yetirilməsi olub.
Qətldə İranın məsuliyyət daşıdığını iddia edən aksiyaçılar İraqın Kərbəla, Divaniyə, Zikar və Bağdad şəhərlərində İhab əl Vazninin qatilinin tapılması tələbi ilə aksiyalar keçirilib. Daha sonra isə etirazçılar Kərbəla şəhərində yerləşən İran konsulluğunun binasını yandırıblar və “İran İraqdan çıx!” şüarını da səsləndiriblər.