İranın “SH85” tipli raketləri İsrailə atıldı

         Həmasın hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadaları Təl-Əvivi hədəf alan hücumlarda ilk dəfə “SH85” tipli İran raketlərindən istifadə edib.

        Realliq.tv bildirir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. 

        Qəzza zolağından atılan 200-ə yaxın raketin Təl-Əvivi və ətraf əraziləri hədəf aldığını açıqlayıb.