İş və xidmət sahələrində COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb ediləcək

Nazirlər Kabineti iş və xidmət sahələrində COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatının tələbi barədə qərar qəbul edib. 

Realliq.TV bildirir ki, qərara əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq.