İşçiləri vaksinasiyadan keçməyən obyektlər bağlana bilər

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov əhaliyə bir daha vaksin olunmaqla bağlı çağırış edib.

Realliq.Tv bildirir  ki, Şahmar Mövsümov iyulun 1-dən idman-sağlamlıq mərkəzlərində COVID pasportu tətbiq ediləcəyini açıqlayaraq deyib :

“İyulun 1-dən hansı obyektlərin ki, 80 faiz işçilərinin sənədi ( COVID pasportu -ref. ) yoxdur, onlara xəbərdarlıq ediləcək və hətta onlar bağlanıla bilər. Bu həm də konsert, teatr və şənlik salonlarına da aid ediləcək. Gələcəkdə bu xidmətlərdən istifadə etmək istəyi olan vətəndaşlara təcili vaksinasiyadan keçmək tövsiyə olunur”.