İşğaldan azad edilmiş ərazilərdə bu günə kimi 20 hərbi hissə istifadəyə verilib

          “Müdafiə nazirliyindən bölmələrin təminatını və şəxsi heyətin döyüş hazırlığının səviyyəsi, döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyulub”. 

        Bu barədə Müdafiə nazirliyindən Realliq.TV – yə bildirilib.

Nazirlikdən o da qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi 20 hərbi hissə istifadəyə verilib.

     Yeni inşa edilmiş hərbi hissələrə baxış keçirən Müdafiə nazirinə məruzə olunub ki, indiyədək müxtəlif istiqamətlərdə 9 modul tipli və 11 konteyner tipli hərbi hissə şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi üçün istifadəyə verilib.