İsrail Qəzza sektoru ilə bağlı son qərarını verdi
Son günlər İsrail və Fələstin arasında yaşanan olaylardan dolayı İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza sektoruna zərbələrin gücləndirilməsi barədə qərar verib.
Realliq.tv bildirir ki, Benyamin Netanyahunun bu barədə videomüraciəti yayılıb. Videomüraciətdə deyilir :
“Situasiyanın qiymətləndirilməsindən çıxan nəticəyə əsasən hücumların sürətinin və gücünün artırılması barədə qərar verildi”.