İsrail səfirindən Azərbaycana təşəkkür- “Avroviziya 2021”-ə görə

İrailin Azərbaycandakı səfiri Corc Dik “Avroviziya 2021” mahnı müsabiqəsində ölkəmizin İsrail təmsilçilərinə verdiyi 12 xala görə Tvitter hesabında təşəkkürünü bildirib.

Səfir qeyd edib:

“Təşəkkürlər, Azərbaycan!

Dünən keçirilən “Avroviziya 2021” də Azərbaycan xalqı İsrail ilə dostluq münasibətlərini nümayiş etdirdi və ona 12 xal verdi. Bu, istənilən digər ölkənin bizə verdiyindən daha çox idi. Biz həqiqətən təsirləndik.