İstanbul körpüləri Azərbaycan bayrağı ilə bəzəndi
28 May – Respublika Günü münasibətilə İstanbulun rəmzlərindən olan və şəhərin iki qitəsini birləşdirən körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Realliq.TV – bildirir ki, tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü ilə baş tutub.
Mayın 28-i keçiriləcək tədbir zamanı dünyanın ən böyük meqapolislərindən olan İstanbulun “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpülərində Azərbaycan bayrağının rəngləri həkk olunacaq.