İstanbuldakı Baş konsulumuz CNN TÜRK-ün müxbiri Fulya Öztürk və operator Xəlil Qəhrəmanla görüşüb

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva CNN TÜRK-ün müxbiri Fulya Öztürk və operator Halil Kahramanı konsulluğa dəvət edib.
Realliq.TV bildirir ki, görüş zamanı N.Mustafayeva 44 günlük Vətən müharibəsi müddətində Azərbaycanın haqq davasını, Vətən savaşını yüksək peşəkarlıqla, həm də heç bir təhlükədən çəkinmədən anbana dünyaya çatdırdıqlarına görə F.Öztürk və X.Qəhrəmana təşəkkür edib.
N.Mustafayeva  qeyd edib ki, CNNTürk televiziyası II Qarabağ savaşında raket zərbələri, bombalar altında , Ermənistanın dinc əhaliyə qarşı qətliamları zamanı fəlakətin tam ortasında oldu və baş verənləri dünyaya yaydı. CNN  Türk-ün reportajları sosial mediada milyonlarla paylaşıldı. Azərbaycana Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi dəstək, birlik və bərabərliyə nıgörə minnətdardır: “Aramızdakı bu qardaşlıq bağı daim güclü qalmalıdır”.