İtkin düşən daha 2 hərbçimizin şəhid olduğu təsdiqləndi

44 günlük Vətən müharibəsində itkin düşən   iki hərbçimizin – baş leytenant Qənbər Bəhruz oğlu Qənbərli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Pərviz Güloğlan oğlu Nağıyevin şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, itkin düşən digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Tanrı bütün şəhidlərimizə rəhmət eləsin!