“Kərkidən sonra Arazdəyər kəndi də Azərbaycana veriləcək”- Artur Yegiazaryan

Ermənistanın “İcmal” verilişinin efirində erməni hərbi ekspert Artur Yegiazaryan bildirib ki, Kərkidən sonra Ermənistan tərəfi strateji əhəmiyyət kəsb edən Arazdəyər (ermənilər “Yerasxavan” deyir – red.) kəndini də Azərbaycanın nəzarətinə verəcək.

Realliq.TV bildirir ki, Artur Yegiazaryan Azərbaycan tərəfinin  əsas istəklərini də açıqlayıb : “Hazırda Kərkinin Bakının nəzarətinə verilməsi üzrə işlərin görüldüyü bildirilir. Bundan sonra isə Yerasxavan (Arazdəyər) kəndi Azərbaycana təhvil veriləcəkdir. Qeyd edim ki, bu kənd Azərbaycan üçün strateji coğrafi əhəmiyyətə malikdir. Azərbaycanın əsas istəyi bu torpaqlarda azərbaycanlıların yaşamasıdır”, – deyə erməni ekspert bildirib.

Bildirək ki, Arazdəyər kəndi Vedi (Ararat) rayonunda yerləşir.

Rayon mərkəzindən 28 km məsafədə Araz çayının sahilində yerləşir.

Arazdəyər kəndi Araz çayının yaxınlığında yerləşdiyi üçün Arazdəyən adlandırılmışdır. Toponim Araz və dəyən (döyən) feli sifətinin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.VII.1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Yerasx qoyulmuşdur.

Ermənilər bura 1897-ci ildə köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı azərbaycanlılar da yaşamışdır.