“Kərpickəsən kişinin dastanı” əsəri səhnələşdirildi
Bakı Gənclər Mərkəzi tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş silsilə layihə və tədbirlər davam etməkdədir.
Mərkəz tərəfindən Realliq.TV – yə bildiriblər ki, Nizaminin “Sirlər Xəzinəsi” poemasına daxil olan “Kərpickəsən kişinin dastanı” əsəri səhnələşdirildi.
Əməyin insana sərbəstlik verən, onu başqalarının qarşısında boyun əyib, əl açmaqdan xilas edən bir vasitə kimi baxıldığı dastanda yüksək insani görüşlər, əməksevərlik tərənnüm olunur. Əsər əsasında hazırlanmış video-çarx gənclər üçün maarifləndirici rol oynayacaq.
Video-çarxı link vasitəsilə izləyə bilərsiniz: