Kadırovun Zelenskini öldürməyə göndərdiyi elit çeçen dəstəsi MƏHV EDİLDİ
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov Ukrayna prezidenti Volodimir Zelenskiyə sui-qəsd planlaşdıran “elitar” kadırovçuların məhvindən danışıb.
“Reallıq Tv” xəbər verir ki, o, bu barədə telemarafon zamanı bildirib.
“Kadırovun xüsusi olaraq prezidentimizə sui-qəsd üçün buraya gəlmiş elit qrupu Qostomeldə birbaşa məhv edilib”, – Danilov deyib.