Kanadadan Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə 1 milyon dollar yardım

      Kanada Xarici İşlər naziri Mark Qarno Tvitter səhifəsində yazaraq bildirib ki, Kanada hökuməti Qarabağ ermənilərinə ( Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə -red. ) 1 milyon Kanada dolları (830 min dollar) məbləğində humanitar yardım ayırıb. 

       “Kanada münaqişənin həlli üçün səyləri dəstəkləməyə davam edir və onun dəhşətli humanitar nəticələrinin aradan qaldırılmasında iştirak etməyə hazırdır. Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağada işi üçün 1 milyon dollar əlavə məbləğ ayırdıq”, – Qarno bildirib.