Karateçilərimiz Avropa çempionatının finalına yüksəlib

Pənah Abdullayev (-84 kq) və İrina Zaretska (-68 kq) Avropa çempionatının finalına yüksəlib.

İlkin döyüşlərdə Nikola Maloviç (Montenneqro), Meris Muhoviç (Bosniya və Herseqovina), ardınca isə Alvin Karaqini (Albaniya) və yarımfinalda Miçel Martinaya qalib gələn P. Abdullayev finalda Uğur Aktaşla (Türkiyə) qarşılaşacaq.

Finaladək Teodosiya Giamoki (Kipr), Alizee Agier (Fransa), Alisa Buçinger (Avstriya) yarımfinalda Ketrin Pedersona (Danimarka) qalib gələln İrina Zaretskanın isə həlledici görüşdə rəqibi Vasiliku Pnetsidu (Yunanıstan) olacaq.     

Milli komandanın ağır çəkidə idmançısı Asiman Qurbanlı (+84 kq) isə Avropa çempionatının bürünc medalı uğrunda mübarizə aparacaq. 

O, yarımfinalda hakimlərin səhfi üzündən serbiyalı Slobodan Biteviçə məğlub olub. Əvvəlki döyüşlərdə isə A.Qurbanlı Miçel Çorbalanı (Danimarka), eləcə də yüksək titullu rəqibləri Mehdi Filalini (Fransa) və Lardi Tayrron-Darneli (Niderland) 3:3 hesabı ilə məğlub edib. Qitə üçüncüsü olmaq üçün Asiman Qurbanlını Herolind Nişevçi (Kosova) ilə görüş gözləyir. 

Roman Heydərov (fərdi kata) 3 dövrəni uğurla başa vuraraq bürünc medal görüşünə vəsiqə qazanıb. 3-cü yer uğurnda görüşdə onun rəqibi Mattio Busato olacaq. 

Günün digər görüşlərində Neda Rezai (fərdi kata) yarışı birinci mərhələdə başa vurub. Fəridə Əliyeva (+68 kq) isə zədə aldığından çempionata qatılmayıb. 

Avropa çempionatının ilk yarış günü Fəridə Abiyeva (-61 kq) təsəlliverici görüşlərə qatılsa da, mükafatçılar arasına düşə bilməyib. Rafael Ağayevin (-75 kq) ilkin görüşləri başlayır. 

Medallar uğrunda həlledici görüşlər 22 Mayda keçiriləcək.