Keçmiş baş qərargah rəisindən şok Türkiyə etirafı: “Bizim üçün çətin olacaq”

Yunanıstanın keçmiş müdafiə naziri və baş qərargah rəisi Yevangelos Apostolakis Türkiyənin davam edən Rusiya-Ukrayna müharibəsində mühüm müttəfiq olduğunu və bundan öz üstünlüyünü qorumaq üçün sonuna qədər istifadə edəcəyini deyib.

Reallıq Tv. xəbər verir ki, sabiq nazir Egey dənizində Türkiyə ilə mübarizə aparan Yunanıstan üçün çətin olacağını da etiraf edib.

Apostolakis NATO-nun Türkiyə ilə əlaqələrinə böyük önəm verdiyinə diqqət çəkib:

“NATO baş katibi Yens Stoltenberq Türkiyənin daha da güclənməsinə mane olmadı. NATO-nun bu dəstəyi ilə Türkiyə bölgədəki gərginliyi artıra bilər. Türkiyə Egey adalarında və bölgədə silahlanma ilə bağlı istədiyini əldə etmək, hətta ABŞ-dan F-16 sata bilmək üçün Finlandiya və İsveçin NATO üzvlüyü ilə əlaqədar bazarlıq edəcək”.

Sabiq nazir Egeydə Türkiyəyə qarşı ən kiçik itkinin belə geri qaytarmağın çox çətin olacağını dilə gətirib.

Apostolakis Yunanıstanın Türkiyənin addımları qarşısında köşəyə sıxıldığını bu sözlərlə ifadə edib:

“Qərb və amerikalılara görə, Rusiya-Ukrayna müharibəsi davam etdiyi vaxtda Türkiyənin hələ də oynamalı olduğu rol var. Türkiyə bu müharibədə mühüm müttəfiq olduğunu bilir və bundan maksimum yararlanır”.

Apostolakis bundan əvvəl də Yunanıstanın Türkiyə ilə bağlı düşüncələrinin yanlış olduğunu söyləmişdi:

“Ərdoğanın tələyə düşdüyünü düşünmək yanlışdır. Çünki Türkiyə bütün geosiyasi platformalarda iştirak edir və ciddi aktor kimi görünür”.

Onun sözlərinə görə, Türkiyə ilə yaxşı münasibətlər istəməyən böyük dövlət yoxdur: “ABŞ onunla münasibətlərini qorumaq üçün böyük səy göstərir. Avropa da üz-üzə gəlməməyə çalışır”.

Apostolakis həmçinin Türkiyənin ABŞ-dan istədiyi F-16 və F-35-ləri alacağını da demişdi.